AZ

Avrozonada işsizlik səviyyəsi yüksəlir

Eurostatın mətbuat xidmətinin məlumatına görə, dekabrda Avrozonada işsizlik səviyyəsi 6,3%-ə yüksəlib.

Valyuta.az xəbər verir ki, noyabrda bu göstərici 6,2% təşkil edib. Bundan başqa, 2023-cü ilin dekabrında işsizlik səviyyəsi 2024-cü ilin dekabr ayı ilə müqayisədə daha yüksək olub və 6,5% təşkil edib.

Avropa İttifaqında da işsizlik səviyyəsi noyabrda 5,8%-dən dekabrda 5,9%-ə yüksəlib. 2024-cü ilin sonunda Avropa İttifaqında 12,978 milyon işsiz var idi. Bunlardan 10,830 milyonu Avrozonanın payına düşür.

Paşa Məmmədli

Seçilən
1
valyuta.az

1Mənbələr