Bakı. Trend:
Son illərdə beynəlxalq ticarət yollarının diversifikasiyası vətəhlükəsizliyinin artırılması qlobal siyasətdə mühüm yer tutur. Bukontekstdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz)regional və beynəlxalq əməkdaşlığın əsas elementlərindən birinəçevrilib. Azərbaycan və Qazaxıstan bu marşrutun əsas oyunçularıkimi çıxış edərək, nəqliyyat və logistika sahəsində mühüm addımlaratır.
Bunu Trend-ə açıqlamasındapolitoloq Azər Qarayev deyib.
"Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzananalternativ ticarət marşrutudur. Bu dəhliz Asiya ilə Avropa arasındaticarət əlaqələrinin şaxələndirilməsinə, yükdaşımalarınsürətlənməsinə və logistika imkanlarının genişlənməsinə imkanyaradır.
Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda Orta Dəhlizə maraqxeyli artıb. Qərbin Rusiyaya qarşı sanksiyaları Şimal Dəhlizinin(Rusiya üzərindən keçən əsas tranzit yolu) funksionallığınızəiflədib. Bu səbəbdən, Çin, Mərkəzi Asiya ölkələri və Avropa üçünOrta Dəhliz daha cəlbedici bir marşrut halına gəlib", - obildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan və Qazaxıstan OrtaDəhlizin inkişafı üçün vacib strateji mövqeyə malikdirlər.
"Hər iki ölkə tranzit marşrutunun gücləndirilməsi üçün ciddiinvestisiyalar yatırır.
Bu kontekstdə, Azərbaycan tərəfi Bakı Beynəlxalq Dəniz TicarətLimanını genişləndirir, dəmiryol və avtomobil yollarınıtəkmilləşdirir. Bundan başqa, ölkə Xəzər dənizi üzərindən yükdaşımaimkanlarını artırmaq üçün yeni logistika həlləri təqdim edir.Qazaxıstan isə öz növbəsində Aktau və Kurık limanlarınınmodernləşdirilməsi, yeni nəqliyyat dəhlizlərini yaradmaq iləölkənin Orta Dəhlizdə rolunu gücləndirir. Hər iki ölkə nəqliyyat vəlogistika sahəsində əməkdaşlığı dərinləşdirərək, dəhlizin rəqabətqabiliyyətini artırmaq üçün müxtəlif beynəlxalq layihələr həyatakeçirir", - A.Qarayev deyib.
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun önəmindən danışan politoloqvurğulayıb ki, BTQ Orta Dəhlizin əsas sütunlarından biridir.
"2017-ci ildə istifadəyə verilən bu xətt Azərbaycan, Gürcüstanvə Türkiyə üzərindən Avropaya birbaşa çıxışı təmin edir. Budəmiryolu yüklərin daşınma müddətini əhəmiyyətli dərəcədə azaldır,Xəzər regionu və Avropa arasında ticarət əlaqələrini gücləndirir,Orta Dəhlizin qlobal nəqliyyat şəbəkəsində əsas marşrutlardan biriolmasına kömək edir. 2022-ci ildən etibarən BTQ-nin yükdaşımapotensialının artırılması üçün yeni layihələr icra olunur vəinfrastruktur daha da modernləşdirilir.
BTQ layihəsi başladıqda, Avropa İttifaqı bu strateji marşrutuntikintisinə maliyyə dəstəyi göstərməkdən imtina etdi. Halbuki, bulayihə Avropanın Asiya ilə birbaşa dəmiryol əlaqəsini gücləndirəcəkvə regionda ticarətə yeni təkan verəcəkdi. Nəticədə Azərbaycan özvəsaitindən istifadə edərək layihəni tamamlamağa qərar verdi.Bundan əlavə, Azərbaycan Gürcüstana BTQ xəttinin öz ərazisindənkeçən hissəsinin tikintisi üçün kredit ayırdı. Bu addımAzərbaycanın nəinki öz maraqlarını təmin etdiyini, eyni zamandaregionda iqtisadi əməkdaşlığa dəstək verdiyini bir daha sübutetdi", - politoloq bildirib.
A.Qarayev qeyd edib ki, Orta Dəhliz həm Çin, həm də Avropa üçünmühüm geostrateji və iqtisadi əhəmiyyət daşıyır.
"Pekin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində Orta Dəhlizimühüm alternativ marşrut kimi görür. Bu dəhliz ticarət üçün yeniimkanlar açır və Çinin Avropa bazarlarına çıxışını asanlaşdırır.Eyni zamanda, Avropa İttifaqı Çinlə ticarət əlaqələrinigücləndirmək və tədarük zəncirlərini diversifikasiya etmək istəyir.Orta Dəhliz bu baxımdan Avropa üçün strateji əhəmiyyət daşıyır,çünki daha təhlükəsiz və qısa marşrut təqdim edir", - obildirib.
Politoloq bildirib ki, ümumilikdə, Azərbaycanın regiondanəqliyyat sahəsindəki roluna baxarsaq, ölkəmiz son illərdənəqliyyat-logistika sahəsində mühüm uğurlar əldə edib və regiondaəsas nəqliyyat qovşağına çevrilib.
"Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizindəən böyük yükdaşıma mərkəzinə çevrilib, Ələt Azad İqtisadi ZonasıOrta Dəhlizdə logistika mərkəzi kimi formalaşır, Transxəzərmarşrutu çərçivəsində dəniz, dəmiryol və avtomobil yolları dahasəmərəli işləyir.
Bütün bu amillər Azərbaycanın nəqliyyat və logistika sahəsindəbeynəlxalq rolunu daha da gücləndirir. Azərbaycan öz coğrafimövqeyindən səmərəli istifadə edərək, regionun əsas tranzitölkəsinə çevrilmək yolunda inamla irəliləyir", - politoloq qeydedib.