AZ

Avrozonada işsizlik səviyyəsi artıb

Roma, 30 yanvar, AZƏRTAC

Ötən ilin dekabr ayında Avrozonada işsizlik səviyyəsi artıb.

AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, noyabr ayında Avrozonada 6,2 faiz olan işsizlik səviyyəsi dekabrda 6,3 faizə yüksəlib.

Avropa İttifaqında isə noyabr ayında 5,8 faiz təşkil edən işsizlik səviyyəsi dekabrda 5,9 faiz olub. Əvvəlki ilin eyni dövründə Avrozonada işsizlik səviyyəsi 6,5 faiz, Aİ-də isə 6 faiz təşkil etmişdi.

Dekabrda Avropa İttifaqında işsizlərin sayı 12 milyon 978 min nəfər təşkil edib ki, onların da 10 milyon 830 mini Avrozonadadır. Yaşı 25-dək olan işsizlərin sayı Aİ-də 2 milyon 927 min, Avrozonada 2 milyon 359 min təşkil edib. Gənclər arasında işsizlik səviyyəsi isə Aİ-də 15 faiz, Avrozonada 14,8 faiz olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
5
2
azertag.az

3Mənbələr