Nevşehirin meri Əli Fidan Görəmə qəsəbəsindəki Aşiqlər Təpəsində verdiyi açıqlamada Kapadokyanın təbii, tarixi və mədəni dəyərləri ilə yerli və xarici turistlərin diqqətini cəlb etdiyini, 2024-cü ildə bölgədə qalan ziyarətçi sayında əvvəlki illə müqayisədə artım olduğunu bildirib. Bölgədəki muzey və tarixi abidələri ötən il 4 milyon 374 min 19 turistin ziyarət etdiyini qeyd edən Fidan gündəlik gəzintilərdən kənar olaraq 1 milyon 351 min 763 turistin bölgədəki 856 oteldə gecələdiyini vurğulayıb.
Əli Fidan bölgədə ən çox gecələyən turistlərin İspaniya, Çin, Cənubi Koreya, İtaliya və ABŞ-dan olduğunu bildirib.