AZ

CNN analitiki: Reyqan hava limanı pilotlar üçün ən çətin hava limanlarından biridir

"Təyyarənin qəzaya uğradığı ABŞ-ın Reyqan hava limanı pilotlar üçün ən çətin hava limanlarından biridir". 

HİT.az xəbər verir ki, bunu ABŞ Federal Aviasiya Administrasiyasının təhlükəsizlik üzrə keçmiş müfəttişi və CNN analitiki Devid Sousi deyib.

"Bu, təkcə ən işlək hava limanlarından biri deyil, həm də ən mürəkkəb hava limanıdır. Orada həm hərbi, həm də ticarət təyyarələri var. Uçuşlarla bağlı məhdudiyyətlər və bu təyyarələrin nə qədər tez yerə enib havaya qalxması ilə bağlı tələblər var", deyə ekspert bildirib.

Hava limanı Pentaqonun və hava məkanının ciddi şəkildə məhdudlaşdırıldığı Potomak çayı ilə üzbəüz yerləşir.

"PSA Airlines" tərəfindən "American Airlines" üçün 5342 saylı uçuş həyata keçirən "Bombardier CRJ700" təyyarəsi Vaşinqtonun Reyqan Beynəlxalq Hava Limanında 33-cü uçuş-enmə zolağına yaxınlaşarkən havada "Sikorsky H-60" ​​helikopteri ilə toqquşub. Təyyarə Kanzas ştatının Viçita şəhərindən havaya qalxıb.

"American Airlines" bildirib ki, Kanzasdan uçan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterin göyərtəsində ən azı üç hərbçi olub. Helikopter təlim uçuşu həyata keçirib.

Samir
 

Seçilən
4
hit.az

1Mənbələr