AZ

İsveçdə Qurani-Kərimi yandıran iraqlı mühacir öldürülüb

İsveçdə

2023-cü ildə Stokholm Mərkəzi Məscidinin qarşısında Quran yandıraraq şiddətli etirazlara səbəb olan 38 yaşlı iraqlı mühacir Silvan Momika İsveçdə güllələnərək öldürülüb.“Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, o, Stokholm yaxınlığındakı Syödertelye şəhərində yerləşən mənzilində çərşənbə günü axşam saatlarında qətlə yetirilib.İsveç polisi verdiyi açıqlamada, gecə saatlarında 40 yaşlarında bir kişinin güllələndiyini və hadisə ilə bağlı beş nəfərin həbs edildiyini bildirib. Hadisə yerində ağır yaralanan şəxs xəstəxanaya aparılsa da, səhər saatlarında vəfat etdiyi elan olunub.Bəzi yerli mənbələr Momikanın güllələndiyi anda sosial şəbəkədə canlı yayımda olduğunu iddia edir. Hadisənin motivi və kim tərəfindən törədildiyi hələ ki, araşdırılır.Səidə

Diqqət Çəkənlər

ABŞ-da təyyarə qəzası zamanı dispetçerlərin danışıqları dərc edilib

Tramp və Vindzor ailəsi arasındakı münasibətlərin gələcəyi necə olacaq?

Bombardier CRJ700 təyyarəsində səkkiz amerikalı fiqurçu həyatını itirib

Seçilən
31
ulusum.az

1Mənbələr