AZ

XAMAS Qırmızı Xaçın əməkdaşlarına daha yeddi girov təhvil verib

XAMAS

Fələstin hərəkatı XAMAS Qırmızı Xaçın Beynəlxalq Komitəsinin əməkdaşlarına daha iki israilli girov və beş xarici vətəndaş təhvil verib. “Ulusum”.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (TSAXAL) mətbuat xidməti məlumat yayıb."Əldə olunan məlumata əsasən, yeddi girov, o cümlədən iki israilli və beş xarici vətəndaş, Qırmızı Xaç nümayəndələrinə təhvil verilib" – deyə bəyanatda bildirilir.Daha əvvəl Al Jazeera kanalının qrupdakı mənbəyə istinadən verdiyi xəbərə görə, XAMAS 1 fevralda Arbel Yehud adlı girovu azad edəcək, bu isə İsrailin Fələstinlilərin Qəzanın şimalına keçməsinə icazə verməməsinə səbəb olub.İsrail Baş naziri Binyamin Netanyahunun 25 yanvar tarixli bəyanatına görə, ölkə fələstinlilərin Qəzanın şimal hissəsinə qayıtmasına yalnız girovların azad edilməsi məsələsi həll olunana qədər icazə verməyəcək.Səidə

Diqqət Çəkənlər

ABŞ-da təyyarə qəzası zamanı dispetçerlərin danışıqları dərc edilib

Tramp və Vindzor ailəsi arasındakı münasibətlərin gələcəyi necə olacaq?

Bombardier CRJ700 təyyarəsində səkkiz amerikalı fiqurçu həyatını itirib

Seçilən
8
ulusum.az

1Mənbələr