AZ

ChatGPT-dən ən çox kimlər istifadə edir?

Bakı.Trend:

“Appfigures” analitik şirkətinin hesablamalarına görə 2024-cüildə smartfonlarda olan süni intellekt (Sİ) tətbiqlərinəistifadəçilər ümilikdə 1,42 milyard dollar yaxın vəsait xərcləyib.Bu, 2023-cü illə müqayisədə 274% çoxdur.

Trend xariciKİV-lərə istinadən məlumata görə, tədqiqatçılar bu cür xidmətlərinəsas istifadəçilərinin kişilər olduğunu qeyd edir.

Məlumata görə, bazarın lideri “OpenAİ” şirkətinin “ChatGPT”çat-botudur. Onun gəlirləri digər populyar süni intellektasistentləri ilə müqayisədə əhəmiyyətli dərəcədə çox olub.

Ümumilikdə mobil Sİ tətbiqlərinin bazarının ümumi gəlirləri 2milyard dollar qiymətləndirilir və bu məbləğin 30%-ə yaxını “Apple”və “Google” payına düşür.

Əsas diqqət çəkən məqamlardan biri istifadəçi sayında genderbaxımından uçurumun olmasıdır: "Appfigures" hesablamalarına görə,ChatGPT istifadəçilərinin 84.5%-i kişilər təşkil edir.

Seçilən
7
az.trend.az

1Mənbələr