“Bavariya” növbəti transferini reallaşdırıb.
Münhen klubu “Köln”un qapıçısı Yonas Urbiqi heyətinə cəlb edib. 21 yaşlı futbolçu “Bavariya” ilə 4 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Urbiq “Köln”ün yetirməsidi. O, cari mövsüm 2-ci bundesliqada 10 matçda meydana çıxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta