AZ

MSK-ya daxil olmuş müraciətlər baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib

Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilib.

Operativ Media xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkiləri ilə əlaqədar Komissiyaya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.

Əvvəlcə Komissiyanın katibi Arifə Muxtarova məsələ ilə bağlı məlumat verib.

Sonra 72 saylı Cəlilabad kənd və 115 saylı Şəki kənd seçki dairələri üzrə Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.

MSK-nın qərarına əsasən, daxil olmuş müraciətlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

Seçilən
5
14
operativmedia.az

10Mənbələr