Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçilər"inin fəallığı səngimək bilmir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı "Trend"ə yeni görüntülər daxil olub.
Belə ki, yanvarın 30-u saat 14:45-də Ermənistanın Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyi üzərində Avropa İttifaqının bayrağının olduğu 2 ədəd Cip markalı avtomobildə 1-i hərbçi və 3-ü mülki şəxs olmaqla, ümumilikdə 4 nəfər şəxsin gələrək ərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.
Missiya nümayəndələri saat 15:50-də ərazini tərk edərək geri qayıdıblar.
Avropa İttifaqı nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.
Həmin görüntüləri təqdim edirik:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta