1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkisi ilə əlaqədar növbəti iclası keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkisi ilə əlaqədar Komissiyaya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.
Əvvəlcə Komissiyanın katibi Arifə Muxtarova məsələ ilə bağlı məlumat verib.
Sonra 72 saylı Cəlilabad kənd və 115 saylı Şəki kənd seçki dairələri üzrə Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.
MSK-nın qərarına əsasən, daxil olmuş müraciətlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.
İclas çərçivəsində müraciətlərin mümkün qədər tez araşdırılması və əsaslandırılması ilə bağlı tapşırıq verilib.
Qeyd edək ki, yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkisi keçirilib. Seçkidə 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.