AZ

DİQQƏT! "Coca-Cola" və "Lay's" Azərbaycanda QADAĞAN OLUNUR?

Bu günlərdə “The Coca-Cola Company”nin Belçika, Almaniya, Böyük Britaniya, Hollandiya, Lüksemburq və Fransa bazarlarından öz məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib. Geri çağırılmaya səbəb isə məhsulların tərkibində xloratların miqdarının artıq olmasıdır.  Avropada "Coca-Cola"dan sonra bu dəfə "Lay's" çipsiləri satışdan yığışdırılır. Qida sektorunda baş verən bu hadisələr nədən xəbər verir? Bu proses Azərbaycanda da aktuallaşa bilərmi?   


Mövzu ilə bağlı  Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Referans.az" target="_blank">Referans.az - a açıqlamasında bildirib ki,  məlumatdan göründüyü kimi həm  "Coca-Cola" həm də "Lay's" çipsiləri ilə bağlı problem müəyyən partiya mallarında olan problemlərdir. Lakin istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilat və o cümlədən o təşkilatın Azərbaycandakı nümayəndəsi olaraq Azad İstehlakçılar Birliyi bildirir ki, ümumiyyətlə brend mallar adı altında satılan məhsulların böyük əksəriyyəti istehlakçılar üçün zərərlidir. Xüsusilə də qida məhsullarında - misal üçün çipsilərdə duzluluq və digər asılılıq yaradan maddələr var. 




Eyyub Hüseynov onu da qeyd edib ki, bütün dünyada istehlakçı hüquqlarını qoruyan təşkilatlar  iş aparır ki, insanlar belə məhsullardan uzaq dursunlar. Lakin həmin şirkətlər elə böyük vergi ödəyiciləridir ki, bir çox hökumətlər onları öz ölkələrindən çıxarmaq istəmirlər. Çünki dövlət xəzinəsinə pul lazımdır.  


"Azad İstehlakçılar Birliyi olaraq bir daha qeyd edirik ki, bu kimi məhsullar insanlar üçün olduqca ziyanlıdır. Çox təəssüflər olsun ki, dünyada ən böyük ərazisi olan KFC Azərbaycandadır", - deyə Eyyub Hüseynov əlavə edib.



Bünyamin Bünyadzadə

Referans.az" target="_blank">Referans.az 

Seçilən
15
referans.az

1Mənbələr