AZ

Qətər əmiri Şeyx Al Tani: Suriya xalqı böyük bir dərs verdi

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani onu müşayiət edən nümayəndə heyəti ilə Suriyanın paytaxtı Dəməşqdə danışıqlar aparır.

Turkustan.az xəbər verir ki, Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, Dəməşq Beynəlxalq Hava Limanında keçid dövrünün prezidenti Əhməd Şəra Əl Tani və onu müşayiət edən nümayəndə heyətini qarşılayıb.

Şaranı hava limanında müvəqqəti administrasiyanın baş naziri Məhəmməd əl-Bəşir, xarici işlər naziri Esaad Həsən Şeybani, müdafiə naziri Murhef Əbu Kasra və bir çox rəsmi şəxslər müşayiət ediblər.

Qətər nümayəndə heyətinin təmasları zamanı xarici işlər naziri Şeybani və Qətər Xarici İşlər Nazirliyinin məsul dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Xəlifi birgə mətbuat konfransı keçiriblər.

Şeybani bildirib ki, Qətər həmişə Suriyanın müttəfiqi olub.

Qətər heyəti ilə görüşdüklərini qeyd edən Şeybani, "İkitərəfli əlaqələrimizin davamını və qardaşlıq bağlarının güclənməsini səbirsizliklə gözləyirik" deyib.

Əl-Xəlifi həmçinin Suriyada keçid prosesi ilə bağlı alınan mühüm qərarları təqdir etdiklərini ifadə edərək, “Suriya xalqı qanuni haqlarını tələb etmək mövzusunda böyük dərs verdi” deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
turkustan.az

1Mənbələr