Bakı-Xırdalan-Sumqayıt xətti 2025-2027-ci illərdə təkmilləşdiriləcək.
Operativ Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, 2026−2028-ci illərdə Bakıxanov−Binə−Qala xəttinin, 2028-2030-cu illərdə Zabrat−Maştağa−Bağlar xəttinin, 2026-2027-ci illərdə Yeni Suraxanı−Hövsan xəttinin, 2027−2029 Güzdək−Qaradağ xəttinin bərpası təmimn olunmalıdır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu işlərin icrasını Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Azərbaycan Dəmir Yolları” QSC və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birgə təmin etməlidir.