AZ

Özünüzü maqnit qasırğalarının mənfi təsirlərindən necə qorumalısınız?

Əlverişsiz günlər hazırlıq tələb edir. 2025-ci ildə, xüsusən də yanvar ayında maqnit fırtınaları xəbərləri narahatlığa səbəb oldu. Lakin sadə qaydalara riayət etsək bu bizim əhvalımıza o qədər də təsir etməz. 
 
Moderator.az rus mütəxəsisslərinin bu mövzudakı araşdırmasını təqdim edir. Mütəmadi olaraq sosial mediada, mətbuatda maqnit qasırğaları ilə bağlı xəbərlər dərc edilir. Bəs görəsən bunun mənfi təsirlərindən necə qorunmaq olar? 
Mütəxəsisslər məsləhət görür ki, daha çox su için. Bu, maqnit fırtınalarının xüsusilə güclü olduğu günlərdə ümumi vəziyyətinizi yaxşılaşdıracaq.
Qəhvə və spirtdən çəkinin. Bu içkilər əsəbiliyi və stressi artırır. Gəzinti və ya yüngül yoqa geomaqnit dalğalarının mənfi təsirini azaltmağa kömək edəcək.
Unutmayın ki, 2025-ci ilin yanvarından etibarən baş verəcək maqnit qasırğaları diqqət və vaxtında tədbirlər tələb edir.
 
Həkimlər əlverişsiz günlərdə görünə biləcək simptomları nəzərdən qaçırmamağı məsləhət görürlər.
 
Həkimlərin tövsiyələri:
 
Diyetinizə maqnezium və kalium olan qidalar əlavə edin: qoz-fındıq, banan, göyərti kimi...
Meditasiya və ya nəfəs məşqləri kimi istirahət üsullarını tətbiq edin.
Xroniki xəstəlikləriniz varsa, dərmanları əlinizdə saxlayın.
Sabahkı maqnit fırtınaları sürprizlər gətirə bilər, ona görə də əvvəlcədən dincəlmək və həddindən artıq işdən qaçmaq üçün vaxt ayırmaq vacibdir.
 
Seçilən
3
moderator.az

1Mənbələr