AZ

"Milan" "Aston Villa"nın təklifini rədd edib

"Milan"ın müdafiəçisi Fikayo Tomori karyerasını "Aston Villa"da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə təmsilçisi 27 yaşlı futbolçu ilə bağlı danışıqlar aparıb. İngiltərə Premyer Liqa klubu oyunçunun Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə 27 milyona birdəfəlik almaq şərti ilə 3 milyon avro təklif edib. "Rossonerilər" bu təklifə rədd cavabı verib.

"Birmingem"in 27 yaşlı Tomori üçün yeni təkliflə qayıdıb-qayıtmayacağı yaxın saatlarda bəlli olacaq.

Xatırladaq ki, ötən gün “Aston Villa” “Seltik”ə qalib gələrək (4:2) Çempionlar Liqasının 1/8 finalına yüksələrək ümumi sıralamada səkkizinci yeri tutub.

Seçilən
5
90deqiqe.az

1Mənbələr