Ukrayna NATO ölkələrinin ehtiyatda olan zabitlərinin Birləşmiş Konfederasiyasının (CIOR) üzvü olub.
Bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbələr məlumat yayıb.
Məlumata görə, Ukraynanın üzvlüyünün lehinə NATO ölkələrinin ehtiyatda olan zabitlər assosiasiyalarının rəhbərləri səs veriblər. Ukrayna CIOR-a Ukrayna ehtiyatda olan zabitlər və veteranlar assosiasiyası vasitəsilə qoşulub.
Nəşr vurğulayır ki, qoşulma prosesini müdafiə nazirinin müavini, ədliyyə briqada generalı Sergey Melnik dəstəkləyib və əlaqələndirib.