"Aston Villa"nın hücumçusu Con Duran karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Əl-Nəsr" kolumbiyalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. Ərəblər Duran üçün "Aston Villa"ya 77 milyon avro təzminat ödəyəcək. "Əl-Nəsr" 21 yaşlı forvardı Londonda tibbi müayinədən keçirəcək.
Qeyd edək ki, "Aston Villa" Con Duranı 2023-cü ilin yanvar ayında "Çikaqo"dan transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 12 qol vurub.
saytlarin hazirlanmasi