"Meta" şirkəti ABŞ prezidenti Donald Trampın 2021-ci ildə bloklanan hesablarla bağlı qaldırdığı iddianı həll etmək üçün 25 milyon dollar ödəyəcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Trampın 6 yanvar 2021-ci ildə Kapitoliyada baş verən iğtişaşlarla bağlı şərhləri təhlükəli hesab edildikdən sonra onun tvitter (x) və feysbuk hesabları bloklanmışdı.
Məbləğin 22 milyon dolları Trampın prezident kitabxanasının fonduna daxil olacaq. Qalan məbləğ hüquqi xidmətlər və bu işə imza atmış digər iddiaçılar üçün ödəniş etmək üçün istifadə ediləcək.
Qeyd edək ki, "Meta"nın rəhbəri Mark Zukerberqdir.(Axşam.az)