AZ

Zaqatalada kənd yolu bərbad vəziyyətdə - İşıq dirəkləri isə təmir edilmir VİDEO

Zaqatala rayonunun Çökəkoba kəndinin bir hissəsində yol infrastrukturu bərbad vəziyyətdədir.

Xezerxeber.az-ın xəbərinə görə, rayon mərkəzinə yaxın olan bu kənddəki asfalt örtüyü köhnəlib, çala-çuxurlar əmələ gəlib. Sakinlər, xüsusi ilə də sürücülər üçün ciddi çətinlik yaranır.

Sakinlərin sözlərinə görə, 10 il əvvəl çəkilən yolun asfalt örtüyü iritonnajlı maşınların hərəkəti səbəbindən bu vəziyyətə düşüb. Məsələyə Avtomobil Yolları Dövlət Agentliyi də münasibət bildirib.

Bu kadrlar isə rayonun Faiq Əmirov küçəsindəndir. Küçənin işıqlandırılması üçün quraşdırılmış iki işıq dirəyi avtomobilin çırpılması nəticəsində əyilib. Sakinlər bildirirlər ki, dirəklər 1 aydan çoxdur ki, bu vəziyyətdədir. 

Məsələ ilə bağlı Zaqatala şəhəri üzrə ərazi icra nümayəndəliyindən "Xəzər Xəbər"ə bildirildi ki, işıq dirəkləri məktəb ərazisinə gələn avtomobillər tərəfindən əzilib. Dirəklər yaxın vaxtlarda ya təmir ediləcək, ya da yenisi ilə əvəzlənəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
4
xezerxeber.az

1Mənbələr