AZ

ABŞ-ın tarixində kütləvi deport faktları hələ olmayıb- azərbaycanlılar ilklərdən olacaq...

Image

Elşad Həsənov: “85 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycanla müqayisədə 2 milyon əhalisi olan Ermənistanın…”

ABŞ prezidenti Donalt Tramp ölkədə qanunsuz yaşayan miqrantlara qarşı mübarizəni gücləndirib. Onlar arasında 709 Azərbaycan vətəndaşı da yer alıb. Həmin şəxslərin saxlanılaraq ölkəyə deportasiya ediləcəyi bildirilir.

Qeyd edək ki, “Fox News” telekanalı ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətindən (ICE) daxil olan statistik məlumatları dərc edib. Bu statistikaya əsasən, həbsdə olmayan 2808 Ermənistan vətəndaşı vətənlərinə deportasiya edilir.

Eyni zamanda həbsdə olmayan 709 azərbaycanlı və 3103 Türkiyə vətəndaşı deportasiyaya məruz qalır.

Bütövlükdə, agentlik bildirib ki, 24 noyabr 2024-cü il tarixinə ICE-də 1.445.549 həbs olunmamış qeyri-ABŞ vətəndaşı var.

Qeyd olunduğu kimi, 2808 nəfər Ermənistan, 3103 nəfər Türkiyə, 709 nəfər isə Azərbaycan vətəndaşı 

ABŞ-dan deportasiya edilir. Göründüyü kimi, Türkiyə və Ermənistanla müqayisədə ən sayda deportasiya məruz qalanlar azərbaycanlılardır, Azərbaycan vətəndaşlarıdır, Azərbaycan vətəndaşları 709 nəfər təşkil edir. 

“Deportasiya olunanların içində ermənilərin sayı daha çoxdur”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə şərhində “Tramp hələ seçki təbliğatı aparan zaman bildirmişdi ki, onun ilk fərmanlarından biri qeyri-qanuni miqrantların ölkədən çıxarılması olacaq. Bunu da artıq həyata keçirməyə başlayıb. İlk çıxardığı miqrantlar Kolumbiya, Brazilya vətəndaşları oldu. Kolumbiya hökuməti gönədrilən iki təyyarə miqrantı qəbul etmək istəmədi. Həmin vaxt isə Tramp həmin ölkəyə qarşı sanksiya tətbiq etdi. Nəhayət Kolumbiya prezidenti öz təyyarəsini həmin miqrantların ölkəyə gətirilməsi üçün göndərdi. Yəni Kolumbiyaya qarşı tətbiq edilən sankiya prezidenti fikrindən daşındırdı və cəmi 49 dəqiqədən sonra miqrantların ölkəyə gətirilməsi qərarını verdi”-deyə bildirdi.

E.Həsənov qeyd etdi ki, ABŞ-da artıq geniş deportasiya işləri başlanılıb, bu yalnız Azərbaycan, Türkiyə, Ermənistan vətəndaşlarının deportasiyası kimi tarixə düşmür. “Bu, ümumiyyətlə ABŞ tarixində ilk böyük deportasiyadır. Bu da beynəlxalq hüquq normalarına tam uyğundur. Hər bir dövlət özünün daxili təhlükəsizliyini təmin etmək üçün ölkəsində qanunsuz yaşayan miqrantları üzə çıxarır, onları deport edir. Bilirsiz ki, Azərbaycan dövləti də təhlükəsizliyini təmin etmək üçün bu məsələlərə diqqət edir. Biz vaxtaşırı olaraq mətbuatda məlumatlara rast gəlirik ki, qanunsuz yollarla Azərbaycana gələn filan sayda xarici ölkə vətəndaşları deportasiya olunub. Yəni bu məsələ beynəlxalq hüquqda da nəzərdə tutulub və hər bir ölkənin daxili təhlükəsizliyini təmin etmək üçün bir amildir. Ancaq indiyə kimi Amerika miqratları qəbul edib və bütün ölkələrdən ucuz işçi qüvvəsi cəlb edib. Müxtəlif dövrlərdə ayrı-ayrı ölkələrdən ABŞ-a axın olub. Bayden dönəmində qeyri-qanuni miqrantlara qarşı ciddi tədbirlər görülməyib. Ancaq onu da bildirim ki, hazırda deportasiyaya məruz qalan şəxslərin siyahısı   ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidməti tərəfindən hazırlanıb və 24 noyabr 2024-cü ildə hesablanıb ki, ABŞ-da 1.445.549 nəfər qanunsuz miqrant yaşayır. Onların ABŞ-a qeyri-qanuni yollarla gəldiyi və bu şəxslərin deportasiya edilməsi barədə qəti qərar qəbul olunub. İndi də o adamları deportasiya edirlər”. 

E.Həsənovun fikrincə, ABŞ 85 milyon əhalisi olan Türkiyənin 3103 nəfər, 10 milyondan artıq əhaliyə malik Azərbaycanın isə 709 nəfər vətəndaşını deportasiya edir: “Bu baxımdan, əhali nisbəti ilə götürsək, 85 milyonluq Türkiyənin 3013, 10 milyonluq Azərbaycanın isə 709 vətəndaşı deportasiyaya məruz qalır. 85 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycanla müqayisədə 2 milyon əhalisi olan Ermənistanın  2808 nəfər vətəndaşı ABŞ-dan deportasiya olunur. Beləliklə deportasiya olunanların içində ermənilərin sayı daha çoxdur. Daha çox sayda Ermənistan vətəndaşı ABŞ-dan çıxarılır. 

Həmin o deportasiya məsələsi o anlama gəlmir ki, 709 nəfər Azərbaycan vətəndaşını ABŞ təyyarə ilə Bakıya göndərəcək. Xeyr, onlar hansı ölkədən ABŞ-a keçiblərsə həmin ölkəyə də qaytarılacaqlar. Onlar həmin ölkələrdən deportasiya ediləcəklər edilməyəcəklər, ölkəyə qayıdacaqlar, yaxud başqa ölkələrə gedəcəklər, bu sonranın məsələsidir. Ancaq ABŞ hökuməti birbaşa təyyarə ilə onları öz ölkəsinə göndərəsi deyil. Təbii ki, Bakıdan gedənlər Bakıya, başqa yerdən gedənlər də həmin o yerə qaytarılacaqlar. 

Burda mən müqayisəni əhalinin sayına görə apardım. Maraqlıdır ki, azərbaycanlılar ümumiyyətlə vətənə, torpağa bağlı xalqdır, ancaq ermənilərin isə harda günü-güzaranı yaxşı keçirsə ora gedirlər, onlar üçün torpaq, vətən anlayışı yoxdur”. 

E.Həsənov qeyd etdi ki, bu gün Rusiyada ermənilərin sayı 1 milyon yarımdan çoxdur, Fransada 600 mindən artıqdır, ermənilər dünyanın bir çox yerlərinə səpələnib yaşayırlar və onlar özlərinə qucaq axtarırlar, o yerlərdə özlərinə rahat həyat şəraiti qururlar, xüsusən də biznes sahəsinə girib mövcudluqlarını qoruyurlar. “Ermənilərin ABŞ-a üz tutması da təbiidir. Çünki ABŞ-da güclü erməni diaspor təşkilatı var. Əvvəllər gedib orda yaşayan ermənilər gedib orda çox böyük var-dövlət sahibdirlər, biznesləri var. Bu nöqteyi-nəzərdən öz torpağına, dövlətinə o qədər də bağlı deyillər. Ancaq artıq bu deportasiya məsələsi başlayıb, dediyim kimi, bu da Trampın Amerika xalqı qarşısında götürdüyü öhtəliklərdən biridir. Hesab edirəm ki, buna görə də ABŞ-ı qınamaq düzgün deyil”. 

E.Həsənovun sözlərinə görə, ABŞ bununla öz daxli təhlükəsizliyini qorumaq niyyəti güdür. E.Həsənov qeyd etdi ki, o qanunsuz miqrantların içində çoxlu sayda cinayətkar dəstələr, oğrular, başqa xoşagəlməz əməl sahibləri var, onlar orda da tufeyli həyat keçirir, oğurluqla, cinayətlə məşğuldurlar və yaxud da criminal qruplaşmalar yaradıblar. E.Həsənov bildirdi ki, ABŞ-da rusların və digərilərinin kriminnal dəstələri var, bu da bu dövlətə ciddi ziyan vurur, oğurluqlar, cinayətlər baş verir, bu baxımdan ABŞ hökuməti bu məsələni birdəfəlik qapatmaq istəyir. “ABŞ gələcəkdə yalnız leqal gələn şəxsləri qəbul edəcək. ABŞ-a beyin axını lazımdır. Bunu İlon Mask da bildirdi ki, ABŞ-a güclü iş adamları, iş yeri yaratmaq istəyən şəxslər, savadlı, bilikli insanlar, yüksək səviyyəli İT mütəxəssisləri, mühəndislər lazımdır. Onlar cinayətkar, tüfeyli həyat keçirən şəxsləri qəbul etmək istəmirlər. Bu mənada ABŞ-ın bu hərəkəti başa düşüləndir” - deyə E.Həsənov qeyd etdi. 

İradə SARIYEVA 





Seçilən
14
25
baki-xeber.com

10Mənbələr