HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam"ın komandiri Məhəmməd əl-Deyfin öldürüldüyünü təsdiqləyib.
Modern.az xəbər verir ki, bunu qrupun nümayəndəsi Əbu Ubeydə bildirib.
“Biz xalqımıza və dünyadakı tərəfdarlarımıza Məhəmməd əl-Deyfin vəfat etdiyini bildiririk”, - o deyib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Məhəmməd əl-Deyfin öldüyünü ötən ilin iyul ayında açıqlayıb.
Əl-Deyf 1965-ci ildə anadan olub. O, 2002-ci ildən HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssəm briqadalarına rəhbərlik edir. İsrail hərbçiləri 2002-ci ildən bəri təxminən on dəfə Məhəmməd əd-Deyfi öldürməyə cəhd ediblər.