Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində “Olimpiakos”un qonağı olacaq.
Arena.az xəbər verir ki, Azərbaycan və Yunanıstan nəhəngləri Pireydə üz-üzə gələcəklər.
Artıq “Georgios Karaiskakis” stadionunda baş tutacaq oyun üçün heyətlər də məlumdur. Baş məşqçilər heyətlə bağlı aşağıdakı kimi seçim ediblər.
Keçirdiyi oyunlarda cəmi bir qələbəsi olan Azərbaycan çempionu hazırda 3 xalla 34-cü pillədə qərarlaşıb. “Olimpiakos” isə Liqa mərhələsində keçirdiyi əvvəlki 7 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib və cəmi 1 məğlubiyyət görüb. Bu komanda hazırda 12 xalla 12-ci pillədədir.
Avropa Liqası
Liqa mərhələsi, 8-ci tur
30 yanvar
“Olimpiakos” – “Qarabağ”
Baş hakim: Radu Petresku (Rumıniya).
Pirey. “Georgios Karaiskakis” stadionu.
Olimpiakos: 88. Kostal Tsolakis (k), 4. Jülyan Byankone, 5. Lorenso Pirola, 9. Ayub El-Kaabi, 10. Jelson Martins, 11. Kristoffer Velde, 14. Dani Qarsiya, 16. David Karmo, 20. Kostinya, 32. Santyaqo Hezze, 84. Xaralampos Kostulas.
Ehtiyat oyunçular: 1. Alexandros Paskalakis, 99. Alexandros Anaqnostopulos, 3. Fransisko Orteqa, 8. Marko Stameniç, 17. Roman Yaremçuk, 19. Giorgos Masuras, 22. Çikinyo, 23. Rodiney, 27. Serjio Oliveyra, 45. Panayotis Retsos, 65. Apostolos Apostolopulos, 96. Xristos Muzakitis.
Baş məşqçi: Xose Luis Mendilibar.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 7. Yassin Benzya, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Adday, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov. 55. Bədavi Hüseynov, 66. Patrik Andrade.
Baş məşqçi: Qurban Qurbanov.