AZ

Tramp FED-in işini tənqid etdi

ABŞ Prezidenti Donald Tramp, ABŞ Federal Ehtiyat Sisteminin fəaliyyətini tənqid edib. Metbuat.az xəbər verir ki, Tramp inflyasiyanı dayandıra bilmədiyi üçün Federal Ehtiyat Sistemini tənqid edib. Tramp bildirib ki, FED öz işini lazımi səviyyədə həyata keçirsəydi inflyasiya ilə bağlı problem olmazdı. Tramp özünün “Truth Social” hesabındakı paylaşımında FED sədri Jerome Povellin yaratdıqları inflyasiya problemini aradan qaldıra bilmədiyini ifadə edib. Tramp ABŞ-də enerji kimi sahələrdə hasilatı artırmaq, tənzimləmələri azaltmaq və beynəlxalq ticarəti yenidən balanslaşdırmaqla inflyasiyanın qarşısını alacağını bildirib.

bildirib ki, o ABŞ-ni yenidən maliyyə və başqa yolla güclü mövqeyə yerləşdirəcək.

Seçilən
9
metbuat.az

1Mənbələr