"Beşiktaş" daha bir futbolçu ilə yollarını ayırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, Jan Onana "Genoa" klubuna icarəyə verilib: "Onana 2024-2025 mövsümünün sonuna qədər o, həmin klubda oynayacaq. Müqaviləyə əsasən, mövsümün sonunda "Genoa" onunla transfer anlaşması da imzalaya bilər. Müqavilədə belə şərt də var".
Fərid ASLAN
MİA.AZ