Türkiyəli müğənni və aktyor Özcan Denizin sosial şəbəkə hesabları əlindən alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib.
O bildirib ki, “X” sosial platformasına və şəxsi yutub kanalına giriş edə bilmir.
“Özcan Deniz “X” hesabıma daxil ola bilmirəm. Onsuz da istifadə etmədiyim kanaldır. Lakin bu müddətdən sonra mənim orada heç bir paylaşım etmədiyimi, keçmiş sosial media menecerinin hesab məlumatlarını artıq heç bir əlaqəsi olmadığım “Deniz Film”ə verdiyini və parollara daxil ola bilmədiyimi bildirmək istərdim. Eyni şəkildə “Özcan Deniz yutub” hesabım haqsız yerə “Deniz Film” tərəfindən saxlanılır. Bilmənizi istərdim ki, bu hesablarda heç bir paylaşım etməmişəm”, - müğənni açıqlama verib.
Qeyd edək ki, Ö. Denizin sosial media hesablarına nəzarət keçmiş meneceri olan böyük qardaşı Ercan Denizə məxsus “Deniz Film”ə aid idi.
Müğənninin ötən il yaydığı açıqlamaya görə, qardaşı ilə münasibətləri pisləşib və onunla yollarını ayırıb.