"Vaşinqton yaxınlığında sərnişin təyyarəsi ilə hərbi helikopterin havada toqquşması və nəticədə 67 nəfərin ölümü ilə bağlı bütün iddialar dərindən araşdırlır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Pit Heqset video bəyanatında bildirib.
Nazirin sözlərinə görə, dünən gecə baş verən qəza onları təəccübləndirb: "Bu, hər il həyata keçirilən peşəkar bir təlim uçuşu idi. Helikopterdəki ekipaj da çox təcrübəli və peşəkarlar olub. Üstəlik, helikoperdə gecə görmə cihazları da vardı. Onlar 12-ci Aviasiya Batalyonunun hərbçiləri idi. Hesab edirəm, 48 saat müddətinə biz hər şeyi öyrənə biləcəyik".
Pentaqon rəhbəri təyyarədəki 64 nəfərin və helikopterdəki 3 hərbçinin ölümünə görə başsağlığı da xalqa və ailələrinə verib: "Bu, dəhşətli və böyük faciədir. Dualarımız həlak olanların ailələri ilədir"
Lamiyə ƏHMƏDLİ
MİA.AZ