AZ

"Qarabağ"ın Avropa dəftəri məğlubiyyətlə bağlandı - YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Avropa Liqasında Liqa mərhələsində son oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Yunanıstanda “Olimpiakos”un qonağı olub.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Lakin çox keçmədən meydan sahibləri üstünlüyə yiyələniblər. Bu, özünü ikinci hissədə göstərib.

Əyub Əl Kabi fərqlənib. 4 dəqiqə sonra o, dublunu rəsmiləşdirib.

Matçın sonlarında Pirey təmsilçisi ağdamlıları daha bir dəfə meydanın mərkəzinə dəvət edib. Bu səfər Yulian Bianson fərqlənib.

“Qarabağ” 36 komanda arasında 3 xalla sonuncu pillədə qərarlaşıb.

Avropa Liqası

Liqa mərhələsi, VIII tur

30 yanvar

00:00 "Olimpiakos" (Yunanıstan) – "Qarabağ" - 3:0

Qollar: Əyub Əl Kabi, 56, 60, Yulian Bianson, 89

"Olimpiakos": 88. Kastos Tsolakis (k), 20. Kostinya, 4. Yulian Bianson, 16. David Karmo, 5. Lorentso Pirola, 32. Santiaqo Ezze, 14. Dani Qarsiya, 84. Xaralampos Kostulas, 11. Kristoffer Velde, 10. Jelson Martins, 9. Əyub Əl Kabi

Baş məşqçi: Xose Luis Mendilibar

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazafə, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Radu Petresku (Rumıniya)

ÇL: “Real”dan qələbə, “Liverpul” ilk məğlubiyyətini aldı - YENİLƏNİB

Çempionlar Liqası matçları bu kanallarda

Türkiyə klublarının avrokubok matçlarına hakim təyinatları açıqlanıb

Afrika Millətlər Kuboku: Benzianın komandasının rəqibləri bəlli olub

Avropa Liqası: "Fənərbaxça” xal itirdi, “Latsio” liderliyini davam etdirir - YENİLƏNİB

Seçilən
8
50
apasport.az

10Mənbələr