AZ

"Qarabağ" "Olimpiakos"a uduzdu

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da sonuncu - 8-ci turun oyununa çıxıb.

Qurban Qurbanovun komandası Yunanıstan səfərində "Olimpiakos"la qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandalar 2022-2023 mövsümündə də Avropa Liqasında üz-üzə gəlmişdi. O vaxt "Qarabağ" qrup mərhələsinin Yunanıstandakı oyununda rəqibini 3 cavabsız qolla məğlub etmişdi. Bakıdakı matçda isə qolsuz heç-heçə qeydə alınmışdı.

Bugünkü oyun isə "Qarabağ" üçün formal xarakter daşıyıb. Çünki 3 xalla 36-cı pillədə olan komandanın hələ ötən turdan sonra pley-off şansı qalmamışdı. 2023/24 mövsümündə Konfrans Liqasının qalibi olan "Olimpiakos" isə xallarının sayını 15-ə çatdıraraq 7-ci yeri tutub və 1/8 finala vəsiqə qazanıb. 

31 yanvar

Avropa Liqası

Liqa mərhələsi, 8-ci tur

00:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan) - 3:0

Qollar: El-Kaabi, 56 (1:0), 60 (2:0), Biankon, 89 (3:0)

Baş hakim: Redu Petresku (Rumıniya)

Pirey. "Georgios Karaiskakis" stadionu
Seçilən
15
50
sherg.az

10Mənbələr