AZ

Yanvarın 19-dan bəri xilasedicilər Qəzzada dağıntılar altından 354 cəsədi çıxarıblar

Yanvarın

Axtarış-xilasetmə qrupları atəşkəs elan edildikdən sonra Qəzza zolağında dağılmış binalardan 354 cəsədi çıxarıb.

Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, anklavda 14 mindən çox insan itkin düşüb.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Qəzza zolağından 50 milyon ton dağıntı olduğunu və dağıntının çıxarılmasının 20 ilə qədər vaxt apara biləcəyini bildirib.

Qeyd edək ki, İsrailin Qəzzaya hücumlarının başladığı gündən bu yana bölgədə 47 mindən çox insan öldürülüb.

Seçilən
5
14
xalqcebhesi.az

10Mənbələr