"Milan"ın gənc futbolçusu Françesko Kamarda "Monza"ya keçəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, klublar artıq 16 yaşlı forvardın icarəsi barədə razılığa gəliblər.
"Transfermarkt" portalı gənc forvardı 10 milyon avro qiymətləndirir.