AZ

İtaliya Çinin ?DeepSeek? çat-botunu bloklayıb

İtaliyanın məlumatların mühafizəsi təşkilatı Çinin ?DeepSeek? çat-botunu bloklayıb. Səbəb kimi italyanların məlumatlarının qorunması göstərilir. Qeyd edək ki, dünəndən tətbiq onlayn proqram mağazalarında mövcud deyil.

İtaliya tənzimləyicisi ?Hangzhou DeepSeek Artificial Intelligence ? və ?Beijing DeepSeek Artificial Intelligence? ilə bağlı istifadəçi məlumatlarının emalının “dərhal” məhdudlaşdırılmasını əmr edib. Səlahiyyətlilər ?DeepSeek?dən şəxsi məlumatların toplanması proseduru haqqında məlumat istəyib, lakin cavabı ?qeyri-kafi? hesab edib.

Yanvarın 20-də ?DeepSeek? özünün ?R1 AI? süni intellekt modelini təqdim edib. Şirkət bildirib ki, onun çat-botu heç bir şəkildə Qərbdəki rəqiblərindən geri qalmır və xeyli ucuzdur. Bazar ertəsi bu, süni intellektin inkişafı ilə bağlı Amerika texnoloji şirkətlərinin səhmlərinin qiymətlərinin enməsinə səbəb olub.

Seçilən
0
banker.az

1Mənbələr