AZ

Əhməd əş-Şaralı Suriyanın taleyi necə olacaq? - Təxminən 2 aylıq müddətdə...

Xəbər verdiyimiz kimi, Əhməd əş-Şara keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Şara Bəşər Əsəd devrildikdən sonra müvəqqəti hökumətə rəhbərlik edirdi.

Maraqlıdır, bundan sonra Suriyanın taleyi necə olacaq? Region ölkələri ilə münasibətlər necə inkişaf edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Suriyada Əhməd əş-Şaraninin keçici dövr üçün prezident olacağı gözlənilən idi. Müsahibimiz izah edib ki, bu şəxs digər müxalif qüvvələr tərəfindən də qəbul edilir.

Oqtay Qasımov, politoloq

Politoloqun sözlərinə görə, artıq onun dünya miqyasında tanınması prosesi də gedib və haqqında terrorçu kimi hökm çıxaran ölkələr artıq bu qərarlarını ləğv edib onunla danışıqlar aparırlar.

O.Qasımov qeyd edib ki, Əhməd əş-Şara faktiki olaraq həm beynəlxalq aləmdə, həm də Suriya daxilində müəyyən bir legitimlik əldə etdiyi üçün bu, gözlənilən bir addım idi:

“Təbii ki, Əhməd Əş-Şaranın Türkiyə və digər region ölkələri ilə münasibətlərinin normal olacağı ilə bağlı bəyanatları və terrorçuluğa qarşı mübarizə, eyni zamanda Suriyanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər pozitiv bəyanlardır. Əgər təxminən 2 aylıq müddətdə olan davranışlar davam etdiriləcəksə, kənardan müdaxilələr olmayacaqsa, biz Suriyanın dinc şəkildə quruculuğuna şahid olacağıq”.

Suriya ərazisində faktiki olaraq, 50 illik bir Əsəd rejiminin mövcud olduğunu deyən müsahibimizin sözlərinə görə, hazırda üzdə olmasalar da ciddi şəkildə bu rejimin tərəfdarları var ki, onların əllərində kifayət qədər silah və maliyə imkanları toplanıb.

Politoloq onu da vurğulayıb ki, ən ciddi problemlərdən biri də ölkə daxilində Amerikanın dəstəklədiyi PKK qruplaşmasının qalması və onların yeni hökumətlə danışıqlarda çox da maraqlı olmamasıdır.

“Biz ümid edirik ki, Türkiyənin də dəstəyi ilə Suriya hökuməti qarşısına qoyduğu hədəflərə çatacaq və bölgədə sülh və sabitlik təmin olunacaq.

Suriyadakı proseslər yeni dünya nizamının formalaşmasına ciddi təsir edən amillərdir deyə bilərik”,- deyə ekspert söyləyib.

Mina Mikayılova

Seçilən
8
50
bakivaxti.az

10Mənbələr