AZ

Bu çay 36 ildir donuz qripindən qoruyur

Bu çay 36 ildir

Professor Ahmet Gümüşçü, qış çaylarının immuniteti gücləndirdiyini və qripə qarşı qoruyucu təsir göstərdiyini bildirib. Xüsusilə, adaçayı, kəklikotu, limon balzamı, zəncəfil, zərdəçal və mixək kimi bitkilərin birləşməsi tənəffüs yolu infeksiyalarına faydalıdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Konyada 36 ildir bitkiçiliklə məşğul olan Yafəs Sinop, atasından miras qalan "ədviyyatlı çay"ın qrip və infeksiyalara qarşı təsirli olduğunu vurğulayıb. Çay zəncəfil, darçın, qalaqal, mixək, heyva yarpağı, əmənkömənci çiçəyi və itburnu meyvəsindən hazırlanır.

Sinop bu çayın xüsusilə donuz qripi (H1N1) kimi viruslardan qorunmada təsirli olduğunu bildirib. Çayı hazırlamaq üçün bütün inqrediyentlər qaynadılmalı və süzülərək içilməlidir. Bu qarışıq 15 günə qədər istifadə oluna bilər və gündə bir neçə stəkan içmək mümkündür. Bal və bəkməz əlavə edərək içmək daha rahat ola bilər.

Çayın bəlğəmi azaltdığı və öskürəyi yüngülləşdirdiyi qeyd olunur. Tərkibindəki antioksidantlar orqanizmi xəstəliklərə qarşı daha dayanıqlı edir. Qış aylarında müntəzəm istifadə edildikdə soyuqdəymə və qrip riskini azaldır.

Bu bitki çayı iltihab əleyhinə təsir göstərərək immuniteti gücləndirir. Qış xəstəliklərindən qorunmaq üçün təbii vasitə kimi tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
4
19
e-saglam.az

10Mənbələr