AZ

Konqresə Trampın rəsminin Raşmor dağına əlavə edilməsi üçün qanun layihəsi təqdim edilib

Respublikaçıların nümayəndəsi Anna Paulina Luna prezident Donald Trampın üzünün Raşmor dağına əlavə edən qanun layihəsi təqdim edib...

Poliqon xəbər verir ki, xanım konqresmen bu barədə X sosial şəbəkəsində yazıb.

Prezident Trampın cəsarətli rəhbərliyi və Amerikanın əzəmətinə sarsılmaz öhdəliyi onun tarixdəki yerini möhkəmləndirib. O, Corc Vaşinqton, Tomas Cefferson, Abraham Linkoln və Teodor Ruzvelt kimi böyüklər arasında əbədi olaraq xatırlanacaq”, deyə konqresmen yazıb.

Qeyd edək ki, dörd prezidentin rəsmi Cənubi Dakotadakı Raşmor dağında rəssam Qutzon Borglum tərəfindən qranitdən oyulub. Rəssam bu dörd prezidentin Birləşmiş Ştatların tarixindəki ən mühüm hadisələrə imza atdıqlarına inanıb.

“HuffPost” nəşri xəbər verir ki, 4 prezidentin gövdələrini də abidəyə əlavə etmək planları olub, lakin 1941-ci ildə abidə tamamlanana qədər vəsait tükənib.

Xatırladaq ki, Tramp, 2017-ci ildə izdiham qarşısında mübahisəli milli memorial abidəyə rəsminin əlavə edilməsi barədə düşündüyünü açıq şəkildə dilə gətirib.

“Mən sizdən soruşuram, nə vaxtsa Raşmor dağında simamın olacağını düşünürsünüzmü?”, deyə Tramp kütləyə mütaciət edib.

Daha sonra Tramp aldığı tənqidlərə görə söylədiklərinin zarafat olduğunu iddia edib.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr