AZ

Qırğızıstan və Qazaxıstan strateji tərəfdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər

Qırğızıstan və Qazaxıstan arasında yük axınını sürətləndirmək üçün sərhəd prosedurlarının sadələşdirilməsi müzakirə olunub.

Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Adılbek Kasıməliyev Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçirilən iclası çərçivəsində Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə görüşüb. 

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə iqtisadiyyatın əsas sektorlarında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinə sadiq olduqları təsdiqlənib.

İki ölkə arasında yük axınını sürətləndirmək üçün sərhəd prosedurlarının sadələşdirilməsi müzakirə olunub.

 

Seçilən
6
2
operativmedia.az

3Mənbələr