Nikol Paşinyan artıq Ermənistanda despot rejim formalaşdırmaq üçün hərəkətə keçib. Əlbəttdə, ilk iş mətbuatdan başlayıb. Yerli "Hraparak" qəzeti yazır ki, artıq bu istiqamətdə ilk addım atılıb. Nəşrin yazdığına görə, Ermənistan İctimai Radiosunun direktoru Armen Koloyan rəhbərlik etdiyi qurumda yeni qaydalar tətbiq edir. Məlumata görə, işçilərin müqavilələrinə xüsusi bənd əlavə edilib ki, bundan sonra onlar sosial platformalarda hakimiyyətə qarşı tənqidi və təhqiredici yazılar, eləcə də postlar paylaşa bilməzlər. Əks təqdirdə onlar töhmət və daha sonra işdən azad olunma ilə üzləşəcəklər.
Mətləb