AZ

Qiyamət saatı 89 saniyəyə düşdü

ABŞ-ın qeyri-kommersiya təşkilatı Bulletin of Atomic Scientists tərəfindən təyin olunan Qiyamət Saatı 89 saniyəyə düşüb. Bu, saat 1947-ci ildə bəri qeydə alınan ən təhlükəli səviyyə hesab olunur.

Qiyamət Saatı qlobal təhlükələrin miqyasını simvolik olaraq göstərmək üçün Manhetten Layihəsinin alimləri tərəfindən yaradılıb.

News24.az xəbər verir ki, başlanğıcda gecə yarısından 7 dəqiqə əvvəl təyin edilən vaxt, 1949-cu ildə nüvə müharibəsi riski artdıqca 3 dəqiqəyə, 1991-ci ildə Soyuq Müharibənin bitməsi ilə isə 17 dəqiqəyə qədər geriləyib.

Lakin son illərdə artan qlobal böhranlar səbəbindən saat yenidən irəli çəkilib.

Bulletin of Atomic Scientists, keçən ilin qlobal böhranların dərinləşdiyi bir dövr olduğuna diqqət çəkərək, 2024-cü ildə baş verən hadisələrin saatı yenidən irəliyə çevirməkdə təsirli olduğunu ifadə edib.

2024-cü il qlobal temperaturun sənayedən əvvəlki dövrlə müqayisədə ilk dəfə olaraq 1,5°C-i keçdiyi və ən isti il kimi qeydə alındığı il olub.

Bundan əlavə, Ukraynada müharibənin üçüncü ilinə qədəm qoyması ilə Yaxın Şərqdə münaqişələr kəskinləşdi və nüvə silahına malik ölkələr öz arsenallarını genişləndirməyə davam ediblər.

Digər tərəfdən, bütün dünyada yayılmağa başlayan yüksək yoluxucu quş qripi virusu (HPAI) kənd təsərrüfatı heyvanlarını, süd məhsulları və insanları yoluxduraraq yeni qlobal epidemiya riskini gündəmə gətirib.

Alimlər vurğulayırlar ki, bu təhdidlərlə yanaşı, dezinformasiyanın yayılması və süni intellektin təsiri də qlobal riskləri artırır.

Onu da qeyd edək ki, bəzi ekspertlər Qiyamət Saatının siyasi alət olduğunu və simvolik olaraq təyin olunmuş vaxtın ixtiyari olduğunu iddia etsələr də, Bülleten Atom Alimləri bu xəbərdarlığın qorxu üçün deyil, hərəkət üçün olduğunu bildirir.

Kolumbiyanın keçmiş prezidenti və Nobel Sülh Mükafatı laureatı Xuan Manuel Santos panelin mətbuat konfransında deyib:

“Düzgün qərarlar vermək və Qiyamət Saatının əqrəbini geri çevirmək üçün hələ vaxt var. Kolumbiyada belə bir deyim var ki, hər saniyə önəmlidir. Ona görə də gəlin hər saniyədən ağıllı istifadə edək".

Günel Məlikzadə

Seçilən
0
news24.az

1Mənbələr