AZ

Politoloq: “Ermənipərəst senator ölkəmizə qarşı əks fikirləri ilə tanınıb” » AzadMedia.az

Xəbər verdiyimiz kimi, Nyu-Yorkun Cənub Dairəsi Nyu-Cersi ştatının keçmiş ermənipərəst senatoru Robert Menendezi 11 il müddətinə azadlıqdan məhrum edib.
Bildirilib ki, ona korrupsiya, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləmək ittihamları ilə hökm oxunub.
Menendezin şərikləri, Nyu-Cersidə tərtibatçı Fred Deybs və Amerika vətəndaşı olan misirli iş adamı Vael Hana müvafiq olaraq 7 və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov AzadMedia.az-a açıqlamasında bildirdi ki, bu cür şəxslər zaman-zaman anti-Azərbaycan, anti-türk fəaliyyətlərini davam etdirirlər:
“ABŞ-nin keçmiş ermənipərəst senatı ölkəmizə qarşı kəskin açıqlamaları ilə tanınıb. Bu barədə dəfələrlə danışılıb. Bu bir daha onu göstərir ki, məqsəd ABŞ-nin maraqlarına xidmət etmək olub. Çünki istər ABŞ, istərsə də, Avropanın rəsmiləri bu tip şəxslərdən istifadə edir, onların vasitəsilə fikirlər səsləndirirlər. Heç şübhəsiz ki, bu cür hallarda erməni lobbisinin də fəaliyyəti mühüm rol oynayıb. Korrupsiya, fırıldaqçılıq halları aşkarlanıb. Menendezin törətdiyi əməllərinə çox gec qiymət verilib. Çünki onun heç bir əməli 1 ya da 2 ilə sığmır. O, 2006-cı ildən bu işlərlə məşğuldur”
Xatırladaq ki, ABŞ-də Andlılar məhkəməsi Robert Menendezi korrupsiya işində bütün ittihamlar üzrə təqsirli bilib. Belə ki, 70 yaşlı senator rüşvətxorluq, qəsb, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla 16 maddə üzrə təqsirli bilinib.
Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Menendez uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.
Politoloq:

Seçilən
0
1
azadmedia.az

2Mənbələr