Sonuncu filmi "Oppenheymer" ilə "Oskar" və "Qızıl qlobus" mükafatlarını qazanmış Kristofer Nolanın yeni filmi "Odisseya"nın çəkiləcəyi yer məlum oldu.
Kulis.az xəbər verir ki, 2026-cı ilin iyununda çəkilişlərinə başlanılacaq film Siciliyada və İngiltərədə çəkiləcək.
Qeyd edək ki, "Odisseya" filminin anonsu hələ keçən ilin oktyabr ayında verilmişdi və filmdə Mett Deymon, Tom Holland, Enn Heteuey, Zendeya, Lupita Nionqo, Robert Pattinson, Şarlz Teron, Con Berntal kimi aktyorlar rol alacaq.