Bu gün Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək.
Burada Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustin və Əli Əsədov iştirak edəcək. Onlardan başqa Qazaxıstana Belarus, Qırğızıstan hökumət başçıları, Ermənistan baş nazirinin müavini, həmçinin İran, Kuba və Özbəkistanın nümayəndələri də gəlib.
Ermənistana gəlincə, ölkəni iclasda baş nazirin müavini Mher Qriqoryan təmsil edir. Ermənistanın baş naziri Nikol Paşinyan Almatıya gəlməyib. İclasda brokerlərin Aİİ dövlətlərinin fond bazarlarında qarşılıqlı iştirakı haqqında sazişin imzalanması, eləcə də bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılır. Bundan əlavə, iştirakçılar kooperativ layihələrinin subsidiyalaşdırılması mexanizminin tətbiqi ilə bağlı fikir mübadiləsi aparacaqlar. Digər mövzu isə tədbirlərin həyata keçirilməsi olacaq.
Onu da əlavə edək ki, hökumət rəhbərləri “Digital Almatı 2025” forumunda iştirak edəcəklər.
//Samir Qurbanov, Editor.az