AzNews.az təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda analitik-informasiya portalı kimi 1 nömrəli media resursudur.
Ermənistanda və Gürcüstanda fəaliyyət göstərən oxşar profilli saytların cəmi bizim bir xəbər kateqoriyamıza belə çatmır.
Qüsurlarımız, problemlərimiz yox deyil, ən başlıcası, daha yaxşı olmaq potensialımız var.
AzNews.az fərqini yaradan amillər isə budur:
1. Dəqiq və operativ məlumatlar
- Xəbərlərimiz dəqiqdir və təsdiqlənmiş mənbələrdən əldə edilir.
- Xəbərlərimizi operativ çatdırmaqla oxuculara aktual hadisələr haqqında anında məlumat verilməsini təmin edirik.
2. Dərin təhlil və ekspert rəyləri
- Sadəcə xəbər vermirik, hadisələrin arxa planını və mümkün nəticələrini analiz edirik. AzNews.az öz proqnozları ilə zamanı həmişə qabaqlayır.
- Konkret sahə üzrə mütəxəssislərin rəyləri və araşdırmaları ilə zəngin məzmun yaradırıq. Bizim sayt bütün ekspertlərin üzünə açıqdır.
3. Çoxşaxəli məzmun
- Siyasət, iqtisadiyyat, cəmiyyət, mədəniyyət, texnologiya və digər sahələri əhatə edən müxtəlif kateqoriyalarda istənilən məlumatı deyil, ictimai maraqlar baxımından xəbər dəyəri yüksək olan informasiyalar yerləşdiririk.
- Beynəlxalq və regional mövzulara xüsusi diqqət ayırılması hadisələrin beynəlxalq fonu haqqında oxucularımızda geniş təəssürat yaradır.
4. Elmi əsaslı və obyektiv yanaşma