İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon hücumçular Lionel Messi və Kriştiano Ronaldo arasında ən yaxşı oyunçunu seçməyib.
News24.az xəbər verir ki, iki ulduz barəsində bunları deyib:
“Ronaldo və Messi arasında seçim etmək futbola təhqirdir. Hər ikisi çox yaxşı futbolçudur. Ronaldo qol vuran, Messi isə fantaziyalı oyunçudur, lakin mən onların hər ikisinə hədsiz heyranam",- deyə o bildirib.
Qeyd edək ki, Canluici karyerası ərzində "Parma", "Yuventus", PSJ kimi klubların şərəfini qoruyub.
Ağa Dadaşzadə