AZ

ABŞ-ın 14 ştatı Tramp və Maska qarşı iddia qaldırıb

ABŞ-ın 14 ştatı ABŞ prezidenti Donald Trampa və Hökumətin Effektivliyi İdarəsinin rəhbəri İlon Maska qarşı federal iddia qaldırıb.

AzPost Abc.com-a istinadən xəbər verir ki, iddiaçılar iddia edirlər ki, Maskın  əlində bu qədər böyük səlahiyyətlərin olması konstitusiyaya ziddir.

Həmçinin bildirilir ki, Maska Senat tərəfindən təsdiq olunmasını tələb edən Təyinatlar Aktının 2-ci maddəsinin 2-ci bölməsinin 2-ci bəndini pozaraq geniş səlahiyyətlərə malik vəzifə verilib.

Xatırladaq ki, 14 ştatdan ikisi respublikaçı qubernatorlar tərəfindən idarə olunur.

Seçilən
71
azpost.info

1Mənbələr