AZ

NBA: Lider səfərdə uduzub

Bakı, 14 fevral, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, müntəzəm mövsümdə daha beş görüş təşkil olunub.

Günün mərkəzi qarşılaşmasında Qərb Konfransının lideri “Oklahoma-Siti Tander” səfərdə turnir cədvəlinin yeddinci pilləsində qərarlaşan "Minnesota"nın qonağı olub. Görüş meydan sahiblərinin 116:101 hesablı qələbəsi ilə başa çatıb.

Matçların nəticələri:

"Nyu Orleans Pelikans" - “Sakramento” – 140:133

"Minnesota" - “Oklahoma-Siti Tander” – 116:101

"Yuta Cazz" - “Los-Anceles Klippers” – 116:120

“Hyuston Rokets” - "Qolden Steyt Uorriors" – 98:105

“Dallas Maveriks” - "Mayami Hit" – 118:113.

Seçilən
54
azertag.az

1Mənbələr