AZ

ABŞ-ın 14 ştatı İlon Maskı məhkəməyə verir

Bakı, TurkicWorld

ABŞ-ın 14 ştatı, İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) direktoru vəzifəsinə təyin edilməsini konstitusiyaya zidd hesab edərək məhkəməyə müraciət edib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Nyu Meksiko, Arizona, Miçiqan, Kaliforniya və digər ştatlar Tramp və Maskın səlahiyyətlərini məhdudlaşdırmaq üçün iddia qaldırıblar.

Petisiyada Maskın Senat tərəfindən təsdiqlənmədən vəzifəyə təyin edildiyi və ona nəzarətsiz güc verildiyi vurğulanıb.

Mask hökumət saytlarının idarə olunmasında məhdudiyyətsiz xaos agentliyi kimi fəaliyyət göstərməkdə ittiham olunur və onun səlahiyyətlərinin ləğvi tələb edilir.

“Əgər istənilən hakim prezidentin istənilən qərarını dayandıra bilərsə, bu, demokratiya deyil”. - deyə Mask öz növbəsində X-də açıqlama verərək məhkəmə iddialarını tənqid edib:

Qeyd edək ki, DOGE Tramp tərəfindən federal israfçılığın qarşısını almaq məqsədilə yaradılıb və Mask yanvarın 20-dən bu quruma rəhbərlik edir.

Seçilən
53
turkic.world

1Mənbələr