“Ronaldo və Messi arasında seçim etmək futbola təhqir olardı".
İdman.biz xəbər verir ki, bunu hücumçular Lionel Messi və Kriştiano Ronaldo arasında ən yaxşını seçə bilməyən İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon deyib.
Jurnalist Alfredo Pedullanın saytına danışan Buffon fikrini belə əsaslandırır: "Hər ikisi görkəmli çempiondur. Ronaldo məhsuldar, Messi isə fantaziyalı oyunçudur, lakin hər ikisi qol vurmağı bacarır. İkisinə də hədsiz heyranam”.
Qeyd edək ki, 2023-cü ilin avqustunda peşəkar karyerasını başa vuran Buffon "Yuventus"da Kriştiano Ronaldo ilə birlikdə çıxış edib.
İdman.biz