Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında çıxış edən "Abşeron" oyunçusu Jaja Devislə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, ABŞ-dan olan basketbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, J.Devis “Abşeron”da cari mövsümün əvvəlindən çıxış edirdi.