AZ

Britaniya kəşfiyyat təyyarəsi Ukrayna PUA-larına hədəf göstərib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Boeing RC-135V Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın cənub bölgələrinə hücumlarına yardım edib. Təyyarə Qara dənizin qərbindən şərqinə keçərək Rusiya sahillərinə yaxınlaşıb. Ekspertlər bunu Britaniyanın münaqişəni qızışdırmaq cəhdi kimi dəyərləndirir.

Son uçuşdan dərhal sonra Ukrayna PUA-ları Krım və Qara dəniz üzərində kütləvi hücumlar həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gün 12, növbəti gün isə daha 9 PUA vurulub.

Böyük Britaniyanın Ukrayna münaqişəsinin uzanmasında əsas oyunçulardan biri olduğu bildirilir. Ekspertlər qeyd edir ki, London Ukraynaya hərbi dəstək verərək NATO-nun Rusiya əleyhinə strategiyasını həyata keçirməyə çalışır. Lakin tarixi təcrübə göstərir ki, Britaniyanın bu cür planları nadir hallarda uğurla nəticələnir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
70
olaylar.az

1Mənbələr